ÇL: 16 yaşlı futbolçu tualetə getmək üçün meydandan çıxdı və qayıtmadı

ÇL: 16 yaşlı futbolçu tualetə getmək üçün meydandan çıxdı və qayıtmadı

Ötən gün baş tutan “Porto” – “Barselona” matçında meydanda qəribə olay yaşanıb.
BAKU.WS
 xəbər verir ki, “Katalonlar”ın 16 yaşlı futbolçusu Lamine Yamal oyunun 70-ci dəqiqəsində tualetə getmək üçün stadionu tərk edib

Belə ki, futbolçu əvvəlcə bunun üçün baş məşqçisi Xavidən icazə istəyib. Dərhal gəlməsi gözlənilən futbolçu 10 dəqiqə gəlmədiyi üçün oyundan kənarlaşdırılıb.

O, 80-ci dəqiqədə Markos Alonso ilə əvəzlənib.

Matçdan sonra açıqlama verən Xavi bunları feyib:

“Yamal xəstə idi. Xəstəlikdən əziyyət çəkirdi. Bir müddətdir ki, bunu mənə deyirdi. Oyun dayananda tualetə getmək istədi, ona görə də ondan xahiş etdim ki, getsin və dərhal qayıtsın. O isə getdi, lakin qayıtmadı”.

Qeyd edək ki, Yamalın ishal olduğu bildirilir.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × one =