CNN: Hizbullah həmişəkindən daha güclüdür

CNN: Hizbullah həmişəkindən daha güclüdür

Bu barədə CNN xəbərlər şəbəkəsinin saytı yazıb:

Livan Hizbullahı təcrid olunsa da, həmişəkindən daha güclüdür.

“CNN” xəbər saytı təhlildə yazıb ki, Livanda Hizbullahın yaranmasından 40 il keçməsinə baxmayaraq, bu qrup təcrid olunmuş, lakin həmişəkindən daha güclüdür.

CNN xəbər saytı bildirib: Hizbullah bazar ertəsi Livanın cənubunda, müharibədə öldürülmüş döyüşçülərinin şəkillərini nümayiş etdirməklə qurulmasının 40-cı ildönümünü qeyd etdi.

Bu Livan şiə qrupu son illərdə İranın dəstəklədiyi yarımhərbi təşkilatdan ciddi siyasi və regional oyunçuya çevrilməyə çalışıb. Sayt yazıb: “40 il keçməsi ilə Hizbullah hərbi cəhətdən əvvəlkindən daha güclüdür, baxmayaraq ki, o, qlobal miqyasda hər zamankından daha çox təcrid olunub.”

CNN-in məlumatına görə, bu qrup ilk dəfə 1982-ci ildə qanlı Livan vətəndaş müharibəsi zamanı İsrailin Beyruta hücumuna cavab olaraq yaradılıb. İsraillilər fələstinli döyüşçüləri bu ölkədən qovmaq kimi məqsədlərinə nail ola bildilər, lakin Hizbullah timsalında daha güclü düşmən yaratdılar.

Bu təhlilə görə, o vaxtdan Hizbullah hərbi gücünü inkişaf etdirib və genişləndirib. 2000-ci ildə İsrail qüvvələri Hizbullah ilə davam edən münaqişədən sonra Livanın cənubundan geri çəkildi.

CNN yazıb: “Gücünü məhdudlaşdırmaq üçün Ərəbistan vasitəsilə dəstəklənən bəzi daxili qruplaşmanın səylərinə baxmayaraq, siyasi təsiri durmadan artır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 8 =