CNN: Zelenski senatorları Kiyevin köməyə ehtiyacı olduğuna inandırmağa çalışıb

CNN: Zelenski senatorları Kiyevin köməyə ehtiyacı olduğuna inandırmağa çalışıb

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Senatının üzvləri ilə görüşdə onları Ukraynada ciddi korrupsiyanın olmadığına və bununla bağlı xəbərlərin Kiyevə yardım göstərilməsinə mane olmayacağına inandırmağa çalışıb.

APA xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Cənubi Dakotadan olan respublikaçı senator Mayk Roundsun sözlərinə görə, Zelenski senatorları Amerikanın vəsaitlərinin mənimsənilməyəcəyinə inandırmağa çalışıb. Senator, Ukrayna liderinin Kiyevin yardım şəklində almaq istədiyi dəqiq məbləği açıqlamayıb. Lakin bildirib ki, Ukrayna tez bir zamanda daha çox hava hücumundan müdafiə sistemi almalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 4 =