Co Bayden Administrasiyası ABŞ-ın Yəmən husilərilə bağlı sanksiya qərarını ləğv edəcəyini bildirib

Co Bayden Administrasiyası ABŞ-ın Yəmən husilərilə bağlı sanksiya qərarını ləğv edəcəyini bildirib

Co Baydenin, Dövlət katibliyi postuna təyin etmək istədiyi siyasətçi Yəmən husilərinin “terror təşkilatı” elan edilməsilə bağlı sabiq qərarı dəyişmək üçün dərhal addımlar atacağını bildirib.

SalamNews xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Antoni Blenkin ABŞ Senatının xarici əlaqələr üzrə komissiyasında çıxışı zamanı deyib.

O bildirib ki, Mayk Pompeonun rəhbərlik etdiyi idarənin “Ənsarulla” hərəkatını terror təşkilatı elan etməsi qərarının dəyişdirilməsi üçün dərhal hərəkətə keçəcək.

O bildirib ki, bu qərar Yəməndə sülhün və atəşkəsin təmin edilməsinin qarşısını alır.

Eyni zamanda ABŞ Administrasiyasında yüksək postlardan birinə namizəd olan siyasətçilərdən biri Səudiyyə Ərəbistanı rəhbərliyinə qarşı atılcaq addımdan söz açıb. Bildirilib ki, mərhum Camal Kaşıkçının məsələsi ABŞ-da yenidən qaldırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − 12 =