Co Bayden İranın nüvə proqramına görə müşavirini İsrailə göndərir

Co Bayden İranın nüvə proqramına görə müşavirini İsrailə göndərir

Bakı, 14 dekabr, SalamNews, B.Samid. İsrailin müdafiə nazirinin ABŞ-a nəticəsiz səfərinin ardından Co Bayden öz müşavirini Təl-Əvivə göndərir.

SalamNews  Reuters-ə istinadla xəbər verir ki, ABŞ prezidenti Co Baydenin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sullivan İsraili yola düşəcək.

Ağ Ev mənbələrinin məlumatına görə Cek Sullivan sabah çərşənbə günü Təl-Əvivə gedəcək.

O burada İsrailin baş naziri və xarici işlər nazirlərilə görüşərək İranın nüvə proqramı və Vyanada nüvə sazişinin bərpası istiqamətində aparılan danışıqları müzakirə edəcək.

Qeyd edək ki, bundan öncə İsrailin müdafiə naziri Beni Qants ABŞ-a səfər edərək, İrana qarşı daha sərt addımların atılması və sanksiyaların ləğv edilməməsini rəsmi Vaşinqtondan istəyiblər. New-York Times qəzetinin məlumatına görə İsrail rəsmiləri ABŞ səfərindən razı qayıtmayıblar.

ABŞ dövlət katibi Antonio Blinken son çıxışında İran nüvə proqramı məsələsinin həllində diplomatik yolun hələlik ən münasib olduğunu deyib.

salamnews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + five =