Colani: Biz Suriyanın İsrailə hücum yerinə çevrilməsinə imkan verməyəcəyik
Dəməşqə nəzarəti ələ keçirmiş Təhrir əş-Şam qruplaşmasının komandiri Suriyanın sionist rejimə qarşı əməliyyatlar yerinə çevrilməsinə heç vaxt icazə verməyəcəyini açıq şəkildə bəyan edib.
Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Əbu Məhəmməd Colani “The English Times”a verdiyi müsahibəsidnə deyib: Biz heç vaxt Suriya ərazisindən İsrailə hücum etmək üçün istifadə etməyə icazə verməyəcəyik. İsrail Suriyaya hava hücumlarını dayandırmalı və qoşunlarını nəzarəti altında olan bölgələrdən çıxarmalıdır.
Colani əlavə edib: Biz İsrail və ya digər tərəflərlə münaqişə axtarmırıq və Suriyanın İsrailə hücum üçün başlanğıc nöqtəsinə çevrilməsinə icazə verməyəcəyik. Biz 1974-cü il müqaviləsinə (sionist rejimlə) sadiqik və beynəlxalq ictimaiyyət İsrailin ona sadiq qalmasına zəmanət verməlidir.