Consondan XƏBƏRDARLIQ: “Putin hücumları üçün yeni hədəflər tapacaq”

Consondan XƏBƏRDARLIQ: “Putin hücumları üçün yeni hədəflər tapacaq”

Publika.az “Guardian”a istinadla xəbər verir ki, o, bu barədə Britaniya parlamentinin İcmalar Palatasında çıxışı zamanı bildirib.

Conson deyib ki, Britaniya Ukraynanın qalib gəlməsi üçün müttəfiqlərə qoşulmalıdır:

“Əgər Putin Ukraynada dayandırılmasa, o, revanşist hücumları üçün yeni hədəflər tapacaq. Biz hansısa mücərrəd idealı deyil, sülhsevər dünyanın birinci prinsipini müdafiə edirik, odur ki, böyük və qüdrətli dövlətlərin, qonşularımızın parçalanmasına yol verilməməlidir. Əgər buna icazə verilsəydi, heç bir xalq heç yerdə təhlükəsizlikdə qalmazdı”.

Conson vurğulayıb ki, Ukrayna prezident Zelenskinin təsvir etdiyi şərtlərlə bu müharibəni bitirmək gücünə malikdir.

Baş nazir Ukraynanın Avropadakı müharibənin iqtisadi nəticələrinə görə Rusiya ilə sülh sazişi bağlamaq üçün təzyiqlə üzləşə biləcəyindən narahatlığını ifadə edib.

O qeyd deyib ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynaya getməsinin nəticələri beynəlxalq təhlükəsizlik üçün təhlükəli olacaq və uzunmüddətli iqtisadi fəlakət olacaq.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + 16 =