COP-da etirazçılar Fələstin cəfiyyələri (şərf) ilə etiraz etdi
Bakıda COP29 keçirilən məkanda noyabrın 23-də daha bir etiraz aksiyası olub. Aksiya iştirakçıları dillərində “Fələstin” deməsələr də boyunlarına asdıqları Fələstin cəfiyyəsi diqqətdən yayınmayıb.
İsraril rejiminin əleyhinə Azərbaycanda açıqa-aşkar etirazına icazə verilməsə də aksiyaçılar bu tilsimi qıraraq öz etirazlarını həm hakimiyyətə həm də bütün dünyaya COP-da elan etməyi bacardı.
Aksiya iştirakçıları “İqlim maliyyəsi üçün ödə!”, “Ya ödə, ya sus!”, “Qlobal şimal, ödə!”, “Trilyonlarla ödə, milyardlarla yox!” kimi pankart açıb, şüarlar, bəyanatlar səsləndiriblər.
Qeyd edək ki, noyabrın 11-dən bəri COP29 məkanında hər gün müxtəlif mövzularda aksiyalar keçirilib. Aksiyaçıların fikirlərini sərbəst ifadə etmələri üçün COP29 məkanında şərait yaradılıb.