Corc Floydun qatili 22,5 il müddətinə azadlıqdan məhrum edilib

ABŞ-da afroamerikalı Corc Floydun qətlinə görə sabiq polis əməkdaşı Derek Şovin 22,5 il müddətinə azadıqdan məhrum edilib.
İttihamçı tərəf Şovinin 30 il azadlıqdan məhrum edilməsini tələb edirdi.
Ağ Evin sözçüsü Jen Psaki, cümə günü keçirdiyi brifinqdə ABŞ administrasiyasının məhkəmə prosesini izlədiyini bildirib.
Xatırladaq ki, Derek Şovin 2020-ci ilin mayında Floydu dizi ilə boğaraq öldürüb. Bundan sonra ölkədə kütləvi etirazlar başlayıb.
Salamnews