COVID-19-a qarşı daha bir vaksin hazırlanıb

COVID-19-a qarşı daha bir vaksin hazırlanıb

Rusiya Səhiyyə Nazirliyi COVID-19-a qarşı “Gam-VLP-multivac” adlı yeni vaksini qeydə alıb.

Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Səhiyyə Nazirliyi koronavirus infeksiyasının qarşısını almaq üçün SARS-CoV-2 virusa bənzər hissəciklərə əsaslanan yeni peyvəndi qeydə alıb. Bu vaksin biotexnoloji üsullarla yaradılıb və onun hazırlanmasında patogen SARS-CoV-2 virusundan istifadə edilməyib”, – deyə açıqlamada bildirilir.

Qeyd edək ki, bu, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Rusiya tərəfindən hazırlanmış yeni nəsil peyvəndlərdən biridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 2 =