COVID canını tapşırmağa tələsmir

COVID canını tapşırmağa tələsmir

Piublika.az xəbər verir ki, bu barədə Britaniyanın “Sky News” telekanalı məlumat verib.

Koronavirusun “BA.2.75” adlanan yeni, habelə “Kentavr” (“Centaurus”) kimi tanınan mutasiyası ilk dəfə iyunun əvvəlində Hindistanda aşkar edilib. O zamandan bu ölkədə xəstələnmə halları kəskin surətdə artıb.

Bu gün üçün “Kentavr”a yoluxma halları artıq Yaponiya, Almaniya, Böyük Britaniya, Kanada, ABŞ, Niderland, Avstraliya və Yeni Zelandiyada qeydə alınıb.

Tədqiqatçılar “BA.2.75”-i “ikinci nəsil” variantı adlandırır, çünki infeksiyanın bu növü “omikron” BA.2″-dən inkişaf edib.

“Avropanın xəstəliklərin profilaktikası və nəzarəti mərkəzi” bundan öncə “Kentavr”ı müşahidə altında olan variant kimi müəyyən edib. Bu, o deməkdir ki, onun daha yoluxdurucu olması və ya xəstəliyin ağır gedişi ilə əlaqəli olduğunu göstərən bəzi əlamətlər var.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni variantı diqqətlə izləyir, hərçənd, onun baş elmi əməkdaşı doktor Sumya Svaminatan deyib ki, hələlik, alimlərin “Kentavr”ın təhlükəsini dəyərləndirmək üçün kufayət qədər nümunələri yoxdur.

Mutasiyaların sürətlə və geniş coğrafiyada yayılması ilə bərabər, virusoloqlar “BA.2”-ilə müqayisədə, “BA.2.75” olan əlavə böyük miqdarda mutasiyaların olmasından əndişələnir.

“İş dəqiq mutasiyalardan daha çox onların miqdarı və kombinasıyasındadır. Birlikdə yaranan bu qədər sayda mutasiyaların effektini qabaqcadan demək çətindir. Bu, virusa hansısa “şablon” xüsusiyyət gətirir, çünki hissələrin cəmi ayrı-ayrılıqda olduğundan daha pis ola bilər”, – bunu “omikron”u hələ 2021-ci ilin noyabr ayında ilk olaraq potensial problem olduğunu müəyyən etmiş Londonun İmperiya kollecindən virusoloq, doktor Tom Pikok izah edib.

Alimlər xəbərdarlıq edib ki, özünün ilkin variantı olan “BA.2” ilə müqayisədə, koronavirusun yeni variantı bitişik zülalın səkkiz əlavə mutasiyalarına malikdir.

Bu mutasiyaların xüsusi yerləşməsi səbəbindən ehtiyat edilir ki, “BA.2”-yə qarşı yaranan immunitet “BA.2.75”-ə qarşı səmərəsiz ola bilər. Başqa sözlə desək, “omikron” BA.2″ ilə xəstəlik keçirən insan əgər “BA.2.75” variantının gəzdiriisi ilə təmasda olarsa yenidən koronavirusa yoluxa bilər.

Peyvəndlərlə yanaşı, uzunmüddətli planların tərkibinə, variantlardan asılı olmayaraq, infeksiyaların və təkrar infeksiyaların qarşısının alınması tədbirlərini özündə ehtiva etməlidir, alimlər bu qənaətə gəlib.

Bundan öncə ÜST-nin baş direktoru Tedros Adhan Qebreyesus bəyan edib ki, dünyada koronavirus pandemiyasının bitməsinə hələ çox var. O, bütün dünyada hökumətlərə “kovid”ə qarşı “yoxlanılmış tədbirlər görməyə”-maska taxmağa, ventilyasiyanı yaxşılaşdırmağa, testlərin və müalicənin müəyyən edilən protokollarına riayət etməyə çağırış edib.

(Moderator.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − fourteen =