Cövlan təpələri yaxınlığında uçan aparat düşüb

Cövlan təpələri yaxınlığında uçan aparat düşüb

Hermon dağı ərazisində, Cövlan təpələri yaxınlığında şübhəli uçan aparat düşüb.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Cövlan təpələrinin şimalına düşmənin uçan aparatının daxil olması ilə bağlı xəbərdarlıq sirenləri səsləndikdən sonra şübhəli hava hədəfi aşkar edilib. Bu uçan aparat Hermon dağı yaxınlığındakı açıq əraziyə düşüb”, – o vurğulayıb.

Bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır, itki və dağıntı barədə məlumat daxil olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − 6 =