Culian Assanja qarşı ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin sui-qəsd planı
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, WikiLeaks-in təsisçisi Culian Assanj-ın vəkilləri MKİ(CIA) -nin onu qaçırmaq və ya ona qarşı sui-qəsd planı barədə məlumat veriblər.
Məlumata görə, Culian Assanjın vəkilləri Britaniya Ali Məhkəməsinə bildiriblər ki, MKİ-nin Assanjı öldürmək və ya qaçırmaq planı ABŞ hökumətinin WikiLeaks-in təsisçisinin təhlükəsiz ekstradisiyasına dair öhdəliklərinin etibarsız olduğunu göstərir.
WikiLeaks-in hüquqi məsələlər üzrə qrupu həmçinin ABŞ rəsmilərinin bu ilin əvvəlində onun ekstradisiya qərarını ləğv etmək cəhdi ilə bağlı verdiyi diplomatik zəmanətləri mənasız adlandırıb.
Apellyasiya məhkəməsinin ilk günündə ABŞ hökumətinin vəkili bildirib ki, ABŞ rəsmiləri Assanjın mühakimə olunmazdan əvvəl yüksək təhlükəsizlik məhkəməsində saxlanılmayacağına və cəzasını vətəni Avstraliyada çəkə biləcəyinə söz veriblər.
Bundan əvvəl də The Hill xəbər agentliyi Donald Trampın başçılıq etdiyi ABŞ-ın keçmiş administrasiyasının WikiLeaks saytının yaradıcısı Culian Assanja qarşı sui-qəsd təşkil etməyi və ya onu qaçırmağı planlaşdırdığını bildirmişdi.