Dəməşq: Fələstinə dəstək Suriyada müharibənin başlaması səbəblərindən biridir

Dəməşq: Fələstinə dəstək Suriyada müharibənin başlaması səbəblərindən biridir

Suriya Xarici İşlər naziri ölkəsinin Fələstinə verdiyi dəstəyin Suriyada xaricilərin himayəsi ilə müharibənin başlanmasının səbəblərindən biri olduğunu bildirib.

Suriyanın Xarici İşlər naziri Feysəl Miqdad ABŞ-ın Suiyada işğal etdiyi ərazilərin tezliklə Bəşər Əsəd hökumətinin nəzarətinə keçəcəyini bildirib.

ABŞ və onun müttəfiqi olan Suriya kürd silahlıları Suriyanın şərqində geniş ərazilərə nəzarəti ələ keçirib.

Suriyanı neft, qaz və ərzaqla təmin edən Suriyanın şərqindəki ərazilər hazırda bu qüvvələr tərəfindən işğal olunub. Dəməşq Vaşinqtonu Suriya resurslarını oğurladığına görə tənqid edib və dəfələrlə ABŞ-ı qüvvələrini geri çəkməyə çağırıb.

Sputnik-in məlumatına görə, Feysəl Miqdad Əl-Əxbariyyə telekanalına müsahibəsində deyib: “ABŞ-ın Suriyanın şimalındakı ada bölgəsində qeyri-qanuni mövcudluğu sona çatır və ABŞ-ın işğal etdiyi ərazilər tezliklə Dəməşq hökumətinin nəzarəti altına keçəcək.”

 “Suriya Kürd Demokratik Qüvvələri” (Qəsd) adlanan qruplaşmanın yaraqlılarına müraciət edən Miqdad ABŞ-ın sonda Suriyanı tərk edərək onları tək qoyacağını başa düşmələrini istəyib.

Müsahibənin başqa bir hissəsində Feysəl Miqdad Dəməşqin “Fələstin hərəkatına prinsipial dəstəyi və Dəməşqin” Colan Təpələri və Livanın cənubundakı işğal olunmuş əraziləri azad etmək səylərinin 2011-ci ildə Suriya münaqişəsinin başlamasının əsas səbəblərindən biri olduğunu bildirib.

“Suriyanın bu mövqelərə sadiqliyini, eləcə də onun Suriyanın yuxarı bölgələrindəki strateji mövqeyini və təsirini nəzərə alaraq, Suriya ilə döyüşən düşmən ölkələr Dəməşqin siyasətinə təsir göstərməyə çalışıblar. Onların səyləri nəticəsiz qaldıqdan sonra terrora əl atıblar.” – deyə, Miqdad açıqlayıb.

Feysəl Miqdad Suriyanın parçalanması üçün xarici dövlətlərin dəstəklədiyi cəhdlərin nəticəsiz qaldığını bildirib.

2017-ci ildən ABŞ qüvvələri İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə neft və ərzaq ehtiyatları ilə zəngin əraziləri zəbt edib. Bununla belə, müxtəlif dəlillər ABŞ-ın terrorçu qruplarla döyüşmədiyini göstərir.

Suriya rəsmiləri və mediası dəfələrlə ABŞ və Vaşinqtonun dəstəklədiyi qüvvələri Suriya resurslarını oğurlamaqda ittiham edib. ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezidentliyi dövründə dəfələrlə bəyan edib ki, ABŞ-ın Suriyadakı məqsədi bu ölkədən neft çıxarmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 1 =