Dəməşq: Suriya sionist düşmənlə hər hansı bir razılaşmaya qarşıdır
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Suriya Xarici İşlər Nazirliyi sionist düşmənlə hər hansı bir razılaşma və ya müqaviləyə qarşı çıxdığını vurğuladı və bu cür razılaşmaların Fələstin məsələsi başda olmaqla, ərəb məsələlərinə zərər verəcəyinə inandığını açıqladı.
Suriya Xarici İşlər Nazirliyi cümə axşamı Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin sionist rejimlə münasibətləri normallaşdırmaq barədə razılaşmasını bir daha tənqid etdi.
Suriya Xarici İşlər Nazirliyinin bir yüksək vəzifəli məmuru dedi: “Keçmiş təcrübə sionist düşmənlə müqavilə və razılaşmaların normallaşması və imzalanmasının rejimin təkəbbür və inadına səbəb olacağını göstərir.”
Rəsmi Suriya Xəbər Agentliyi (SANA) mənbəyə istinadən bu cür müqavilə və razılaşmaların ərəbləri daha da zəif və bölünmüş hala gətirəcəyini bildirib.
Sionist düşmənlə on illərdir davam edən qarşıdurma dövründə Suriya Ərəb Respublikası hüquqların pozulması və zülmə, ərazisinin işğal edilməsinə və mövcud vəziyyətin xalqa yeridilməsinə qarşı çıxmağa əsaslanan prinsipial və sabit bir metod qəbul etdi.