Dəməşqdə partlayış olub, 5 polis əməkdaşı yaralanıb
Suriyanın paytaxtı Dəməşqin şimalında, polis məntəqəsi yaxınlığında avtomobilin partladılması zamanı baş verən yanğın nəticəsində 5 polis əməkdaşı yaralanıb.
“Report” xəbər verir ki, bu barədə yerli “Sham” radiostansiyası məlumat yayıb.
Bildirilib ki, hadisə Dəməşqin Masakin-Berzi rayonunda polis məntəqəsi yaxınlığında avtomobilə qoyulan bombanın partlaması nəticəsində baş verib. Yaralanan polis əməkdaşlarından biri zabitdir.
Qeyd edək ki, Dəməşqdə sonuncu dəfə partlayış aprelin 2-də törədilib. Hadisə nəticəsində itkilər barədə məlumat yayılmayıb.
Report.az