Dəməşqdə partlayışlar, hədəf Əl Məzzə hərbi hava limanı

Dəməşqdə partlayışlar, hədəf Əl Məzzə hərbi hava limanı

İnformasiya qaynaqları Dəməşq yaxınlığında Əl Məzzə hərbi hava limanı və Kəfər Susə məntəqəsində güclü partlayışlardan sonra yanğınların müşahidə olunduğundan xəbər verirlər.

Əl Aləm telekanalının bugünkü (8 dekabr) məlumatına əsasən, Dəməşqin təhlükəsilik bölgələri, gömrük və digər xidmətlərin binalarında yanğınlar görünür.

Suriya mediaları sionist rejim qırıcılarının ölkə səmasında uçuşduqlarını elan edib. Məlumata görə işğalçı qırıcılar ölkənin müxtəlif bölgələrindəki həssas mövqeləri hədəfə alır.

Bəzi informasiya qaynaqları sionist rejim qırıcılarının Suriyanın elmi-tədqiqat mərkəzlərini hədəfə aldıqlarından söz açır.

Reuters Agentliyi İsrailin Suriyanın cənubunda yerləşən Xəlxələ hava düşərgəsini bombardman etdiyini elan edib.

Dəməşqdə partlayışlar, hədəf Əl Məzzə hərbi hava limanı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 14 =