Dəməşqin cənubuna sionistlərin hava hücumunda 3 suriyalı zabit şəhid olub-Video

Dəməşqin cənubuna sionistlərin hava hücumunda 3 suriyalı zabit şəhid olub-Video

Suriya dövlət televiziyası ordunun hava hücumundan müdafiə qüvvələrinin İsrailin Dəməşqin cənub rifinə endirdiyi hava zərbəsinə cavab verdiyini və təcavüz nəticəsində üç suriyalı zabitin həlak olduğunu bildirib.

Ərəb mediası şənbə günü səhər Suriyanın paytaxtı Dəməşq səmasında güclü partlayış səsinin eşidildiyini yazıb.

Suriyanın rəsmi xəbər agentliyi (SANA) bir neçə dəqiqə sonra ordunun hava hücumundan müdafiə qüvvələrinin Dəməşq səmasında düşmən raketləri ilə mübarizə apardığını bildirib. Bəzi media orqanları Dəməşqə atılan bir neçə raketin onun ətrafına düşdüyünü açıqlayıb.

SANA Xəbər Agentliyi daha sonra yazıb: “Ordunun hava hücumundan müdafiə qüvvələri Dəməşqin cənub səmalarına düşmən raketlərini zərərsizləşdirib.”

Eyni zamanda, bəzi Qərb mənbələri Tartus liman şəhərindəki raketdən müdafiə sistemlərinin düşmən hədəflərinə qarşı durmaq üçün işə salındığını bildirib.

Bəzi ərəb mənbələri hazırda Suriyanın müxtəlif bölgələrində geniş hava hücumları həyata keçirilir və Suriya zenit qüvvələri Dəməşq və Tartus ərazisi üzərində hücum xarakterli raketləri zərərsizləşdirməklə məşğul olduğunu açıqlayıb.

Tartusun cənubunda (Safita və Əd-Durikiş), Musəyyəf və Humsun ətrafında çox güclü partlayışların eşidildiyini qeyd edən mənbələr Tartus şəhərətrafı ərazilərində yeni partlayış səslərinin gəldiyini və hava hücumundan müdafiə sistemlərinin düşmənə cavab verdiyini yazıb.

Hesabatlarda bildirilir: “Sionistlərin təcavüzü geniş vüsət alıb və Suriyanın hava hücumundan müdafiəsi Dəməşqin cənubunda, Tartusun ətrafı və mərkəzi bölgədə onlarla raketin qarşısını alıb və onları zərərsizləşdirib.”

Sionist müxbirlərdən biri etiraf edib ki, İsrail müvəqqəti rejiminin qırıcıları hal-hazırda Suriyanın müxtəlif məntəqələrini hədəfə alırlar.

“İlkin məlumatlara görə, İsrailin hücumdakı hədəfi Dəməşq Beynəlxalq Hava Limanına daxil olan və Əl-Kəsvə və Cəmraya anbarlarına doğru hərəkət edən silah-sursat daşıyan maşın karvanı olub.” – deyə, sionist müxbir yazıb.

“İsrail raketləri hədəfləri vuraraq, Livan sərhədindən və bütün paytaxt Dəməşqdən eşidilən dəhşətli partlayışlara səbəb olub.”

İbranidilli media İsrail qırıcılarının Suriya torpaqlarına təcavüzündən sonra Dəməşq Beynəlxalq Hava Limanı yaxınlığında böyük yanğın baş verdiyini yazıb. Dəməşq Beynəlxalq Hava Limanında da iki təyyarə reysi təxirə salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 4 =