Dənizə şüşə qabda atılmış ən qədim məktub – Maraqlı tarixçə

Dənizə şüşə qabda atılmış ən qədim məktub – Maraqlı tarixçə

İndiki vaxtda göndərilən mesaj qarşı tərəfə bir anda çatır, lakin bəşər tarixi bir çox başqa ünsiyyət üsullarını görüb. İnsan oğlunun göndərdiyi və yüz illər boyu qorunan ilk məktublar şüşənin içərisinə qoyularaq dənizə atılan və ya torpağa, divarlara basdırılan mesajlardır.

2018-ci ildə Tonya İlman Avstraliyadakı Vedge adasının şimalındakı çimərlikdə antik butulka tapdı. 

Tonya şüşənin içində möhkəm bükülmüş və iplə sarınmış nəm kağız gördü. Kağızı evdə qurudandan sonra onu açıb oxudu. Məlum oldu ki, məktub 140  il əvvəl aparılmış təcrübənin bir hissəsi olaraq şüşəyə qoyulub və dənizə atılıb.

Alman Hərbi Dəniz Rəsədxanası dünya okeanlarındakı səth axınlarını öyrənmək üçün mesaj şüşələrindən istifadə edib.

Təcrübədə iştirak edənlərin qeydlərində gəminin tarixi və koordinatları, gəminin adı, eləcə də marşrutu, habelə tapan şəxsdən şüşəni Alman Hərbi Dəniz Rəsədxanasına qaytarmaq xahişi, gəminin yeri, həmçinin tarixi göstərilmişdi.

Şüşə və qeyddə onun 1886-cı ildə Uelsdən İndoneziyaya üzən gəmidə olduğu bildirilirdi. Qərbi Avstraliya Muzeyi və Alman Dəniz Rəsədxanasının mütəxəssisləri tapıntını araşdırdılar, kağıza tarix qoydular və mesajın həqiqiliyini təsdiq etdilər.

Qərbi Avstraliya Muzeyinin dəniz arxeologiyası üzrə kurator köməkçisi Dr Ross Anderson Almaniyada aparılan arxiv axtarışı nəticəsində Paulanın 12 iyun 1886-cı ildə şüşənin dənizə atıldığını bildirən orijinal hava qeydini tapdığını söylədi. Bu məlumatlar mesajdakı məlumatla tamamilə üst-üstə düşür.

Tədqiqatçılar həmçinin qeyd ediblər ki, “bir şüşədəki ən qədim mesaj” adı üçün başqa iddiaçılar da var. 2022-ci ildə Şotlandiyada bir santexnika evin döşəməsinin altından 135 il əvvələ aid yazı olan şüşə tapdı. Daha bir köhnə qeyd Nyu-Cersidə çimərlikdə tapılıb, lakin bu tapıntıların yaşı ekspertlər tərəfindən təsdiq edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 12 =