“Dəniz Təhlükəsizlik Kəməri Kompozit Təlimi-2024” bu axşam başlayacaq

“Dəniz Təhlükəsizlik Kəməri Kompozit Təlimi-2024” bu axşam başlayacaq

“Dəniz Təhlükəsizlik Kəməri Kompozit Təlimi-2024”-ün sözçüsü Rusiya və Çin bölmələrinin komandirləri ilə birgə mətbuat konfransında deyib: “Dəniz Təhlükəsizlik Kəməri Kompozit Təlimi-2024 İran, Çin və Rusiyanın, həmçinin dost və müttəfiq ölkələrin müşahidəçilərinin iştirakı ilə bu axşam Hind okeanının şimalında başlayacaq.”

“Dəniz Təhlükəsizlik Kəməri Kompozit Təlimi-2024”-ün sözçüsü kontr-admiral Mustafa Tacəddini Rusiya və Çin bölmələrinin komandirləri ilə birgə mətbuat konfransında deyib: “Bu il artıq ardıcıl beşinci ildir ki, “sülh və təhlükəsizliyi birlikdə qurmaq” şüarı ilə İran Hərbi Dəniz Qüvvələri, Rusiya Hərbi Dəniz Qüvvələri və Çin Hərbi Dəniz Qüvvələri arasında üçtərəfli birgə dəniz təlimi keçiriləcək.”

Bu kimi kompozit təlimlərin gələcəkdə də davam edəcəyini bəyan edən kontr-admiral Tacəddini deyib: “Dəniz Təhlükəsizlik Kəməri Kompozit Təlimi-2024 “Sülh və təhlükəsizliyin qurulması uğrunda birlikdə” şüarı, həmçinin sülh və dostluq mesajı ilə 17.000 kvadrat kilometr ərazidə keçiriləcək.”

Tacəddini bu təlimin əvvəlcədən müəyyən edilmiş planlara uyğun olaraq Hind okeanının şimalında keçiriləcəyini qeyd edərək deyib: “Bu təlimin keçirilməsində məqsəd regionda təhlükəsizliyi və onun əsaslarını möhkəmləndirmək və üç ölkə arasında çoxtərəfli əməkdaşlığı genişləndirmək, bu ölkələrin dünya sülhünü, dəniz təhlükəsizliyini birgə dəstəkləməkdə xoşməramlılığını və bacarığını göstərmək, ortaq gələcəyi olan dəniz icmasının yaradılmasıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × three =