Dağılmış BƏƏS partiyasının İraqın dörd vilayətində Ərbəin ziyarətinə qarşı terror planı zərərsizləşdirilib-Foto

Dağılmış BƏƏS partiyasının İraqın dörd vilayətində Ərbəin ziyarətinə qarşı terror planı zərərsizləşdirilib-Foto

İraqın Həşdi Şəbi Təşkilatının qüvvələri dağılmış BƏƏS partiyasının Ərbəin ziyarətinə qarşı planının qarşısını almağa müvəffəq olub.

İraqın Həşdi Şəbi təşkilatı bu gün səhər (cümə axşamı) yaydığı bəyanatda bu təşkilatın qüvvələrinin İraqın təhlükəsizliyinə və bu ölkənin dörd əyalətində Ərbəin ziyarətinə qarşı dağılmış BƏƏS Partiyasının düşməncəsinə planını zərərsizləşdirməyə müvəffəq olduğunu bildirib.

Həşdi Şəbi verdiyi açıqlamada bildirib: “Bu gün, 8 sentyabr 2022-ci il, səhər saat birdə, Həşdi Şəbi təşkilatının qərargahının nəzarəti altında və çoxlu sayda Həşdi Şəbi qəhrəmanlarınını səyləri və təqibləri nəticəsindəLəbbəykə ya Hüseyn nidası ilə ölkənin təhlükəsizliyinə və Ərbəin ziyarətinə qarşı düşməncəsinə planın qarşısı alınıb.”

Bu bəyanatın davamında bildirilir ki, dağılmış BƏƏS partiyası bu terror proqramını Kərbəla, Babil, Əl-Musənna və Divaniyyə əyalətlərində həyata keçirməyə çalışıbmasına baxmayaraq, Həşdi Şəbi qüvvələri terror şəbəkəsini məhv etməyi bacarıb.

Sonda həbs edilən şəxslərlə qanun çərçivəsində rəftar edildiyinə diqqət çəkən Həşdi Şəbi əlavə məlumatın daha sonra açıqlanacağını bildirib.

İraq mediası daha əvvəl İraq Xalq Səfərbərlik Təşkilatının zəvvarların təhlükəsizliyinin təmin edilməsi prosesinə başladığını açıqlamışdı.

Bununla bağlı təhlükəsizlik mənbəsi “Nina” saytına bildirib ki, bu əməliyyat imam Hüseyninin (ə) Ərbəin ziyarəti üçün İraq yollarında təhlükəsizliyin yaradılması və iranlı zəvvarların müdafiəsi üçün xüsusi təhlükəsizlik planına uyğun olaraq həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − three =