Dağıstanda hava limanına basqında 20 nəfər xəsarət alıb+video

Dağıstanda hava limanına basqında 20 nəfər xəsarət alıb+video

Dağıstanın Mahaçqala şəhərində hava limanında baş verən insident zamanı xəsarət alanların sayı məlum olub.

Russian airport stormed by pro-Palestinian protesters

Bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis və mülki şəxslər də daxil olmaqla 20-dən çox insan xəsarət alıb.

10 nəfəri rayon xəstəxanalarındadır, onlardan ikisinin vəziyyəti ağırdır.

Saat 01:42

Mahaçqala hava limanında baş verən iğtişaşlar nəticəsində bir neçə nəfər xəsarət alıb.

Hazırda yaralıllara tibbi yardım göstərilir.

***

29.10.2023

Saat 23:24

Dağıstan üzrə İstintaq Komitəsi Mahaçqala hava limanında yaranmış vəziyyətlə bağlı cinayət işi açıb.

“Mahaçqala hava limanındakı iğtişaşların bütün iştirakçıları milli ədavət, qarşıdurma yaratmaq maddəsi ilə məsuliyyətə cəlb olunacaqlar”, – deyə bildirilib.

***

Saat 23:10

Mahaçqala hava limanında iğtişaşlar zamanı dörd nəfər saxlanılıb.

Rəqəmlərin artacağı ehtimal edilir.

Hazırda etirazçılar Mahaçqala hava limanının binasından və uçuş-enmə zolağında sıxışdırılıb çıxarılıb.

***

Saat 22:14

Dağıstanda bir qrup insan Mahaçqala hava limanında izdiham yaradıb.

Onlar toplaşaraq yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb ediblər.

Kütlə Təl-Əvivdən gələn təyyarənin buraxılmamasını tələb edir və aeroportun içində İsraildən gələn yəhudiləri axtarırlar.

Kütlə bütün avtomobilləri saxlayaraq axtarış aparır.

İzdiham hava limanına girişi bağlayıblar.

Onlar “Allahu əkbər” qışqıraraq əllərində Fələstin bayrağı tutublar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + 17 =