Daha 11 taxıl yüklü gəmi Ukrayna limanlarından yola düşüb
“Taxıl daşınması sazişi” çərçivəsində daşınmalar təhlükəsiz şəkildə davam edir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, bu gün daha 11 taxıl yüklü gəmi Ukrayna limanlarından yola düşüb.
Apa.az