Daha 5 və ya 6 ölkə Fələstinə xəyanət etməyə hazırdır!

Daha 5 və ya 6 ölkə Fələstinə xəyanət etməyə hazırdır!

ABŞ prezidenti Donald Tramp bildirib ki, daha beş və ya altı ölkə işğalçı İsraillə münasibətlərin normallaşması haqqında saziş imzalaya bilər.”Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi bildirib.

“Qoşulmağa hazır olan çox ölkə var”, – Ağ Ev Trampın sözlərini sitat gətirir: “Biz uzaqda beş əlavə ölkə ilə çox irəlilədik”. Bu halda prezident ölkələrin adlarını açıqlamayıb.

ABŞ administrasiyası başçısının sözlərinə görə, yeni razılaşmaların nəticələri ABŞ-da prezident seçkilərinə qədər ola bilər. “(Konkret-red) ölkələr haqqında danışmaq istəmirəm, amma onlar çoxdur. Kifayət qədər tez irəliləyəcəyik: bəziləri (razılaşmalar-red) seçkilərə qədər olacaq, bir çoxları sonra”, – Tramp deyib. “Bu məsələdə seçkiləri gözləmək lazım deyil, məsələ yalnız ona buna nail olmaqdır”, – Ağ Ev rəhbəri əlavə edib.

islamtimes.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + seven =