Daha bir fələstinli fəal şəhid edildi

Daha bir fələstinli fəal şəhid edildi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, qəzzalı 32 yaşlı Üsamə Xalid Ədi İsrail silahlılarının açdığı atəş nəticəsində aldığı xəsarətlərə görə çərşənbə günü şəhid olub.

Maa xəbər saytının verdiyi məlumata görə, o, ötən şənbə günü Qəzza zolağının şərqindəki “Mələkə” düşərgəsi yaxınlığındakı aksiyada iştirak edərkən sionistlər tərəfindən odlu silahla vurulub. Usama Xalid Qəzzanın şimalında yerləşən Cibaliyyə düşərgəsinin sakinidir.

Bu gənc fələstinli ağır yaralarla Qəzzadakı Əl-Şifa xəstəxanasına yerləşdirilibmiş və çərşənbə günü bu yaralar nəticəsində şəhid olub.

Məlumata görə şənbə günü keçirilən “dönüş” yürüşündə, fələstinlilərlə İsrail işğalçıları arasında baş verən şiddətli toqquşmalar nəticəsində 22-si uşaq olmaqla 41 fələstinli yaralanmışdır.

Sionist rejiminin Qəzza zolağı sərhədində ikinci bir təhlükəsizlik divarının inşasına başladığı və eyni zamanda İsrail qırıcı təyyarələrin Qəzza Zolağına ikinci dəfə ağır və geniş hücumlar təşkil etdiyi bir zamanda Qəzza zolağının İşğal olunmuş Fələstin sərhədlərində keçirilən bu aksiya və yürüşlər daha geniş hal almışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 4 =