Daha bir həkim səhlənkarlığı: Neştəri xəstənin bədənində unutdular
Publika.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Rus qadının bədənində neştər bir neçə ay sonra rentgen müayinəsi zamanı aşkar edilib.
“Həkimlər xəstənin bağırsağında əməliyyat keçirib, içəridə əsas arteriya üzərində neştər qoyublar. Bir neçə aydan sonra həkimlər onu rentgen edərkən dəhşətə gəliblər”, – məlumatda deyilir.
Həkimlər səhvlərini etiraf edərək xəstənin bədənindən neştər çıxarıblar. Hadisədən sonra rusiyalı qadın İstintaq Komitəsinə müraciət edib.
Publika.az