Daha bir idman növü Olimpiya Oyunları proqramına daxil edildi

Taekvondo 2026-cı ildə Dakarda keçiriləcək yeniyetmələr arasında Olimpiya Oyunlarının proqramına daxil edilib.
Bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi verib.
Bu, multiidman tədbirinin proqramına daxil edilən 25-ci idman növü olub. Taekvondo 4-cü dəfə yeniyetmələr arasında Olimpiya Oyunlarının proqramında yer alacaq. Yarış oktyabrın 31-dən noyabrın 13-dək keçiriləcək.
Qeyd edək ki, beysbol/softbol və kriket idman növləri də ilk dəfə Olimpiadada yer alacaq.