Daha bir lider Qüds günündən danışdı
İraqın “Əshabil Əhli Haqq” hərəkatının baş katibi Şeyx Qeys əl-Xəzəli beynəlxalq Qüds günü ilə bağlı açıqlama verib.
O vurğulayıb ki, İraq xalqı fələstinlilərin mübarizəsini dəstəkləyir və Qüdsün azad edilməsi istiqamətində bütün işlərdə iştirak etməyə hazırdır.
“Biz müqavimət cəbhəsi olaraq İsrail rejimi və ABŞ qarşısında dayanmışıq. İsrail süqut edənə qədər bu mübarizədən əl çəkməyəcəyik”, – deyə Şeyx Qeys əl-Xəzəli diqqətə çatdırıb.
Şeyx Qeys əl-Xəzəli qeyd edib ki, bütün maneələrə baxmayaraq, müqavimət cəbhəsi irəliləyiş əldə edib.
Eastnews.org