Daha bir ölkədə “Omicron”a ilk yoluxma qeydə alındı

Meksikada koronavirusun “Omicron” ştamına ilk yoluxma qeydə alınıb.
Bu barədə Meksikanın səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel deyib.
Onun sözlərinə görə, virus Cənubi Afrika Respublikasından (CAR) gələn vətəndaşda aşkarlanıb.
51 yaşlı şəxs özəl xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətinin qənaətbəxş olduğu deyilir.
Apa