Daha bir şiə gənc edam edildi

Daha bir şiə gənc edam edildi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə rejimi Qətif şiələrindən olan Mustafa əş-Şurfanı edam edərək yeni bir cinayət mürtəkib olub.

Səudiyyə rejimi həmçinin 3 avqust 2021-ci ildə cərşənbə günü dinc etiraz aksiyalarında iştirak etdiyi üçün Qətifdən olan Əhməd Əli Səid Əl-Cənbinin edam hökmünü icra edib.

Bu yaxınlarda Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi 2012-ci il etiraz aksiyalarının görüntülərinə sahib olmaqda günahlandırılan gənc şiə Mustafa bin Haşim bin İsa Əl-Dərvişin edam edildiyini də xəbər verib.

Amnesty International Səudiyyə Ərəbistanında insan haqlarının pozulması ilə bağlı verdiyi açıqlamada, Əl-Dərvişin 2015-ci ildə həbs edildikdən sonra altı ay təkadamlıq kameralarda saxlanıldığını bildirib.

Halbuki Səudiyyə Ərəbistanı keçən il gənclərə edam cəzasının ləğv edildiyini iddia etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × three =