Daha bir silahsız qaradərili Amerika polisinin qurbanı oldu – Foto/Video

Daha bir silahsız qaradərili Amerika polisinin qurbanı oldu – Foto/Video

32 yaşlı amerikalı gəncin ölümcül həbsedilmə anlarının yeni videosu yayılıb ki, bu da ABŞ-da polisin sonsuz zorakılığını bir daha əks etdirib.

Şimali Karolina ştatının Raleigh şəhərində polis cümə günü məmurların dəfələrlə şokerdən istifadə etdikdən sonra ölən qaradərilinin həbsini əks etdirən kamera görüntülərini yayımlayıb.

Polis rəisi Stella Pattersonun sözlərinə görə, 32 yaşlı Daryl Tyree Williams yanvarın 17-də gecə saat 2-də zabitlərlə qarşıdurmadan sonra xəstəxanada ölüb.

Görüntülər Cümə günü (10 fevral) əyalət hakiminin keçən həftə yayımlanmasına icazə verdikdən sonra, montaj edilərək YouTube-da yerləşdirilib.

Amerikanın “Newsweek” nəşrinə istinadən, polis hesabatında bildirilir ki, səhər saatlarında Williams sürücü oturacağında əyləşərkən onun avtomobilinə yaxınlaşan polislər patrul xidmətində olublar.

Polis əməkdaşlarından biri avtomobildə açıq spirtli içki şüşəsi və marixuananı gördükdən sonra, sərnişindən maşından çıxmasını istəyib.

Polisin hesabatına görə, polislər Williamsın cibində əskinasa bükülmüş ağ toz halında maddə tapdıqdan sonra onu həbs etməyə cəhd ediblər. Görüntülərdə zabitlər dəfələrlə Williamsa əllərini başının arxasına qoymasını deyirlər.

Onlar arasında çəkişmə başlayır və məmurun həbsə müqavimət göstərməyə davam edəcəyi təqdirdə, şokerdən istifadə edəcəyi ilə hədələməsi eşidilir. Polis onu şokerlə vurduqdan sonra Williams yerə yıxılır.

Polisin bildirdiyinə görə, polis qüvvələri Williamsa müqaviməti dayandırmağı və əllərini başının arxasına qoymağı əmr etməyə davam edib, lakin o, onlardan ayrılaraq qaçmağa çalışıb və bir neçə dəqiqə sonra məmurlar yenidən ona yaxınlaşaraq onu həbs etməyə cəhd ediblər.

Onu yenidən şokerlə vurmazdan əvvəl niyə onunla belə rəftar etdiklərini, ürəyində problem olduğunu xəbərdar etdiyini eşitmək olar. Polis şokerdən üç dəfə istifadə edildiyini, onlardan ikisinin Williamsın bədəni ilə birbaşa təmasda olduğunu bildirib.

  Polisin verdiyi məlumata görə, gecə saat ikidə polislər onun qoluna qandal vurublar və bir neçə dəqiqədən sonra məmurlar nəbzinin döyündüyünü və nəfəs alıb-almadığını yoxlayıblar.

Hadisə yerindən yayılan videoların birində Williamsın yerdə uzandığı və zabitlərin onun üstündə diz çökdüyü görünür və onun iniltiləri eşidilir.

Polisin verdiyi məlumata görə, o, həbs olunduqdan sonra reaksiya verməyib və nəfəsi kəsilib.

Bu görüntülərdən görmək olar ki, hadisə yerində olan zabitlər təcili yardım gələnə qədər onu özünə gətirməyə çalışırlar. Lakin onun ölümü xəstəxanada səhər saat üçdə təsdiqlənir.

Newsweek-in məlumatına görə, bu əməldə əli olan 6 zabit ödənişli məzuniyyətdədir və Amerika polisi tərəfindən yeni qətllə bağlı istintaq davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − four =