Daha bir tanınmış terrorçu məhv edildi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Suriya mənbələri cümə axşamı “Heyətu Təhrir əş-Şam” (keçmiş “Cəbhətun-Nusrə”) terror qruplaşmasının rəsmi sözçüsü Əbu Xalid əş-Şaminin ölümü barədə məlumat veriblər.
Yerli mənbələr Suriyanın “Sham FM” radiosuna bildiriblər ki, “Heyətu Təhrir əş-Şam”-ın rəsmi sözçüsü və qrupun media koordinatoru Əbu Musəb bu gün qətlə yetirilmişlər.
Bu məlumata görə, adı çəkilən bu iki nəfər Suriya ordusunun İdlib əyalətinin cənubunda yerləşən Əl-Ziyana dağındakı terror qruplaşmasının qərargahlarından birinə artilleriya hücumu nəticəsində həlak edilmişdir.