Daha iki inanclı məhbus azadlığa çıxdı
Daha iki inanclı məhbus Firdovsi Məmmədrzayev və Dəyanət Səmədov azadlığa çıxdı.
Maide.Az xəbər verir ki, Firdovsi Məmmədrzayev bu gün, Dəyanət Səmədov isə iki gün öncə cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıblar.
Hər iki məhbusun həbs müddəti başa çatıb.
Qeyd edək ki, İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev və əmisi oğlu Dəyanət Səmədov 2011-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilmişdilər.