Daha ölümcül ştam yaranacaq və… – Bill Qeytsdən ŞOK PROQNOZ

Daha ölümcül ştam yaranacaq və… – Bill Qeytsdən ŞOK PROQNOZ

Publika.az xəbər verir ki, “The Financial Times”a müsahibə verən Bill Qeyts bildirib ki, koronavirus pandemiyası əvvəlki kimi bəşəriyyət üçün təhlükə yaradır və daha ölümcül ştamın meydana gəlməsi ehtimalı istisna olunmur.

Bill Qeyts bu riski azaltmaq üçün “Qlobal Epidemiyaya Müdaxilə və Səfərbərlik” təşəbbüsünün ÜST-ün idarəçiliyində olmasının vacibliyini bildirib. O qeyd edib ki,indiki ÜST fondu pandemiya məsələsində qətiyyən ciddi deyil: “Biz hələ də bu pandemiyanın daha yoluxucu və daha ölümcül variantının yaranması riski altındayıq. Mənə elə gəlir ki, biz bu faciəni görə bilmirik və dünya adına səy göstərmirik”.

“Sağlamlığa qlobal təhdidləri daha tez aşkar etmək, həmçinin ölkələr arasında əlaqələndirməni yaxşılaşdırmaq üçün epidemioloqlardan tutmuş kompüter modellərinin tərtibatçılarına qədər beynəlxalq ekspertlərin daxil olacağı qrup yaratmaq lazımdır” – milyarder əlavə edib.

O, yeni pandemiyanın qarşısını almaq üçün böyük investisiya qoyuluşlarına ehtiyac olduğunu vurğulayıb.

Bununla əlaqədar olaraq, ÜST-nin fəaliyyəti illik 1 milyard ABŞ dollarına başa gələcək mütəxəssislər komandasının yaradılmasının vacibliyini bildirən Qeyts təşkilatın maliyyələşdirilməsində beynəlxalq konsensusun əldə ediləcəyinə əmin olmadığını diqqətə çatdırıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + six =