“Damon” həbsxanasında fələstinli qadın məhbusların döyülməsinə Kənaninin reaksiyası

“Damon” həbsxanasında fələstinli qadın məhbusların döyülməsinə Kənaninin reaksiyası

Xarici İşlər Nazirliyinin sözçüsü Damon həbsxanasında fələstinli qadın məhbusların döyülməsini nifrətamiz adlandırıb və deyib: Görəsən, Avropa və Amerikadakı insan haqları və qadın hüquqları şüarları verən iddiaçıların tərənnüm etdikləri fələstinli qadın məhbusları da əhatə edirmi?

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani “Damon” həbsxanasında fələstinli qadın məhbusların döyülməsinə münasibət bildirib və Twitter səhifəsində yazıb:

Sionist rejimin “Damon” həbsxanasında fələstinli qadın məhbusların döyülməsi iyrəncdir.

O, belə bir sual ünvanlayıb: Görəsən, Avropa və Amerikadakı iddiaçıların fikrincə, şüar verdikləri insan haqları və qadın hüquqları İsrail işğalçılarının dəhşətli həbsxanalarında olan fələstinli qadınlara da şamildirmi?

Qüdsün işğalçı qüvvələri bu gün səhər (çərşənbə axşamı) Damon həbsxanasında fələstinli qadın məhbuslara hücum edərək onları döyüblər.

Bununla bağlı HƏMAS hərəkatı bu cinayətin cavabsız qalmayacağını və məhbusların həbsxanalardakı mübarizədə tək qoyulmayacağını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + ten =