Danimarka sentyabr ayından koronavirusla bağlı bütün məhdudiyyətlərini ləğv edəcək

Danimarka sentyabr ayından koronavirusla bağlı bütün məhdudiyyətlərini ləğv edəcək

Danimarka, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən bütün məhdudiyyətləri sentyabrın 10-dan ləğv edir.

Bu barədə ölkənin Səhiyyə İdarəsinin yaydığı məlumatda deyilir.

“Epidemiya nəzarət altındadır, peyvəndlənmə faizi yüksəkdir”, Səhiyyə naziri Maqnus Heunike bildirib.

Danimarka dünyada peyvəndlənmə faizi yüksək olan ölkələrdən biridir. On iki yaş və yuxarı beş danimarkalıdan dördünə tam peyvənd edilib. Bu səbəbdən hökumət artıq COVID-19-u “cəmiyyət üçün ağır xəstəlik” kimi təsnif etmir.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × three =