Danimarkada Quran yandırılıb: İraqda nümayişçilər təhlükəsizlik qüvvələri ilə toqquşub

Danimarkada Quran yandırılıb: İraqda nümayişçilər təhlükəsizlik qüvvələri ilə toqquşub

Bağdaddakı Danimarka səfirliyinə yaxınlaşmağı planlaşdıran iraqlı etirazçılar təhlükəsizlik qüvvələri ilə toqquşub.

Mehr Xəbər Agentliyinin Sputnik-ə istinadən verdiyi xəbərə görə, İsveçdə Qurani-Kərimi təhqir etdikdən sonra Danimarkada daha bir ekstremist qrup Quranı təhqir edib və bu, bir daha dünya müsəlmanlarını, xüsusən də İraq xalqını qəzəbləndirib.

İraqlı etirazçılar Danimarkanın Bağdaddakı səfirliyinə yaxınlaşmağı planlaşdırarkən təhlükəsizlik qüvvələri onlarla toqquşub və onların qarşısını alıb.

İsveçdə Quranı yandırdıqdan sonra İraq xalqı bu ölkənin səfirliyinə hücum edib və İraq hökuməti İsveç səfirini ölkədən qovub.

İraq Xarici İşlər Nazirliyi bu şənbə günü bir bəyanat yayaraq, İraqın Danimarkadakı səfirliyi qarşısında Qurani-Kərimin mənfurcasına təhqir edilməsini kəskin şəkildə pisləyib.

Nazirliyin açıqlamasında bildirilir ki, Bağdad Qurani-Kərim və İraq bayrağına qarşı bu cür mənfur hərəkətlərin təkrarlanmasını qətiyyətlə pisləyir.

İraq beynəlxalq ictimaiyyətdən Qurani-Kərimin təhqir olunmasının dayandırılması üçün dərhal hərəkətə keçməsini istəyib, çünki bu cür hərəkətlər dünyada sülh və dinc yanaşı yaşamağa qarşı təhlükə yarada bilər.

Rusiyanın “Arti” internet saytı şənbə günü səhər saatlarında Danimarkada Qurani-Kərimin dəfələrlə təhqir edilməsindən və İraq bayrağının yandırılmasından sonra Sədr Hərəkatının qəzəbli tərəfdarlarının Bağdadın Yaşıl Bölgəsinin qapılarına basqın edərək, Bağdadın Yaşıl Təhlükəsizlik Bölgəsində yerləşən Danimarka səfirliyinin ələ keçirilməsini tələb etdiklərini bildiriblər.

Bu xəbərə görə, İraq təhlükəsizlik qüvvələri təhlükəsizlik zonasının qabağında sement baryerlər quraraq qəzəbli iraqlı etirazçıların Bağdadın yaşıl diplomatik zonasına daxil olmasına mane olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 12 =