Danimarkada Quranın yandırılmasını qadağan edən qanun qəbul oluna bilər

Danimarkada Quranın yandırılmasını qadağan edən qanun qəbul oluna bilər

Danimarka hökuməti Quranın yandırılmasını qadağan edən qanun layihəsini parlamentə təqdim edib.

AFP xəbər verir ki, qanunun ilkin variantı ifadə azadlığının məhdudlaşdırılması ilə bağlı tənqidlərə məruz qaldıqdan sonra yenidən hazırlanıb.

“Qanun layihəsinin əhatə dairəsi xüsusi olaraq dini əhəmiyyəti yüksək olan müqəddəs kitablarla qeyri-adekvat rəftarla məhdudlaşdırılıb”, – Ədliyyə Nazirliyindən bildirilib.

Qanun layihəsi parlamentin noyabrın 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Avqustun sonunda hökumət İslam ölkələrində qəzəb doğuran və milli təhlükəsizliyi təhdid edən Quranın yandırılmasından sonra bu məsələni qanuniləşdirmək niyyətində olduğunu bəyan edib.

Ədliyyə naziri Peter Hummelgaard verdiyi açıqlamada deyib ki, bu gün təklif olunan dəyişikliklər qanunun polis və məhkəmələr tərəfindən daha asan başa düşülməsinə kömək edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × one =