Danimarkanın Baş nazirinə hücum olub

Danimarkanın Baş nazirinə hücum olub

Naməlum şəxs Danimarkanın Baş naziri Mette Frederiksenə hücum edib.

“Ritzau” agentliyinin verdiyi xəbərə görə, hökumət başçısı paytaxt Kopenhagenin Kultorve meydanında olarkən bir nəfər yaxınlaşaraq onu vurub.

Hökumət Dəftərxanası qeyd edib ki, Mette Frederiksen baş verənlərdən şoka düşüb. Frederiksenin özü bu məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Polis hücumçunu saxlasa da, hələlik hadisə ilə bağlı açıqlama verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + 1 =