Daşkəsən sakinindən silah-sursat götürülüb

Daşkəsən sakinindən silah-sursat götürülüb

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Təzəkənd kəndində yaşayan Qəşəm Orucovun evindən qanunsuz olaraq saxladığı 1 ədəd “TOZ-8” markalı tüfəng, həmin silaha aid 22 ədəd patron və 1 ədəd kustar üsulla hazırlanmış odlu silah aşkar edilərək götürülüb.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır.

SALAMNEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 2 =