Daxili İşlər Naziri İraq sərhədində Ərbəin zəvvarları ilə görüşdü

Daxili İşlər Naziri İraq sərhədində Ərbəin zəvvarları ilə görüşdü

 İranın daxili işlər naziri İskəndər Mömini Xuzistan əyalətinə səfər edərək Şələmçə sərhəddində Ərbəin zəvvarlarına xidmət göstərən infrastruktur və yollarla tanış olub.

Təsnimin İnformasiya Agetnliyinin verdiyi məlumata görə, 14-cü hökumətin daxili işlər naziri İskəndər Mömini dünən axşam (23 avqust)  Şələmçə sərhəd terminalından İraqla sərhəd bölgəsində 120 hektarlıq avtomobil dayanacağına baxış keçirib.

Daxili işlər naziri  Ərbəin zəvvarlarının bəziləri ilə də yaxından söhbət edib və bu sərhəd terminalında nəqliyyat problemlərinin həlli ilə bağlı göstərişlər verib.

Bu səfər zamanı daxili işlər naziri ölkənin müxtəlif əyalətlərinin rəsmiləri, işçiləri və kortej rəhbərləri ilə görüşərkən Şələmçə sərhəddində Ərbəin zəvvarları üçün həyata keçirilən tədbirləri və xidmətləri yüksək qiymətləndirib.

Sonra daxili işlər naziri Ərbəin zəvvarlarının nəqliyyat vəziyyətini və sərhəd terminallarının şəraitini yoxlamaq məqsədi ilə Xuzistana daxil olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + one =