DÇ-1954-ün son yadigarı da dünyasını dəyişdi
Futbol üzrə Almaniya millisinin sabiq yarımmüdafiəçisi Horst Ekkel dünyasını dəyişib.
Veteran yarımmüdafiəçi 89 yaşında vəfat edib.
Horst Ekkel futbolçu karyerası ərzində “Kayzerslautern” (1949-1960) və “Röxlinq” (1960-1966) klublarının formasını geyinib. O, 1951-ci və 1953-cü illərdə “Kayzerslautern”in heyətində Almaniya çempionu olub.
Ekkel 1952-1958-ci illər aralığında Almaniya yığmasında da oynayıb. O, 1954-cü ildə İsveçrədə keçirilmiş dünya çempionatında qızıl medallar qazanmış yığmanın sonuncu yaşayan üzvü idi.
Qafqazinfo