DÇ-2022: “Neftçi”nin sabiq prezidenti Uels millisinin oyununa təyinat alıb
“Neftçi” klubunun sabiq prezidenti Orxan Hüseynzadə yeni təyinat alıb.
O, 2022-ci il dünya çempionatının seçmə mərhələsinin E qrupunda keçiriləcək Belarus – Uels matçında UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, sentyabrın 5-də Rusiyanın Kazan şəhərində oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Report