Dekabrın 10-u İraqda İŞİD-ə qarşı qələbə günü qeyd edilir

Dekabrın 10-u İraqda İŞİD-ə qarşı qələbə günü qeyd edilir

Bu gün İraqda İŞİD terror təşkilatı üzərində qələbənin üçüncü ili qeyd edilir.

SalamNews Sumariya Agentliyinə xəbər verir ki, İraqın baş naziri Mustafda əl-Kazimi İŞİD üzərində qələbə günü münasibətilə, vaxtilə terror təşkilatının nəzarətində qalmış əl-Fəllucə şəhərinə baş çəkib.

İraqda vaxtilə İŞİD işğalında qalmış Nineva, əl-Ənbar, Səlahəddin və Dəhuk əyalətlərinin bəzi bölgələrində, eləcə də Bağdad, Nəcəf və Kərbəlada qələbə ildönümü ilə bağlı bir sıra tədbirlər keçirilib.

Qeyd edək ki, İŞİD terror təşkilatı 2014-cü ilin yayından başlayaraq, bir neçə ay ərzində ölkənin üçdə bir hissəsini zəbt edib. 2017-ci ilin dekabr ayının 10-da Suriya sərhədində yerləşən Ravə rayonunun geri alınmasından sonra terror təşkilatı İraqda sonuncu coğrafı mövqeyini də itirmiş olub. Terror təşkilatı bundan sonra Suriya ərazisinə qaçıb və ya İraqda gizli sığınacaqlarına geri çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 10 =