Devid Kemeron Böyük Britaniyanın xarici işlər naziri postuna təyin olunub.

Devid Kemeron Böyük Britaniyanın xarici işlər naziri postuna təyin olunub.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İngiltrədə mediaları bu gün baş nazir Rişi Sunakın qərarı ilə keçmiş baş nazir David Kameron ölkənin XİN vəzifəsinə təyin edilib. Daxili işlər naziri Suella Braverman tutduğu vəzifədən azad edilib, onun yerinə xarici işlər naziri Ceyms Kleverli təyin olunub.

Xatırladaq ki, daxili işlər naziri polis və Fələstinə dəstəklə bağlı yürüşlər haqqında söylədiyi şərhlərdən sonra tənqid olunub. Böyük Britaniya müxalifəti onu “nifrət nitqi yaymaqda” ittiham edib . Suella Breyverman Fələstinə dəstək nümayişlərini “nifrət yürüşləri” adlandırıb və polisi etirazları idarə edərkən “ikili standartlarda” ittiham edib.

57 yaşlı Devid Kemeron 2010-2016-cı illərdə Britaniyanın baş naziri vəzifəsində çalışıb, Britaniyanın Avropa İttifaqından çıxmasına səs verdikdən sonra Brexit səsverməsinin nəticələrindən sonra istefa verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × two =