DGK büdcə öhdəliyinə 112% əməl edib
Dövlət Gömrük Komitəsi (DGK) ikin məlumata görə cari ilin yanvar-oktyabr ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 111,73 % əməl edib.
Bu barədə Dövlət Komitəsinin sədri Səfər Mehdiyev “Twitter”də yazıb
“Nəzərdə tutulan proqnozdan əlavə 373,75 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub”, – deyə o qeyd edib.