DGK və Gömrük Hospitalının təşkilatçılığı ilə Elmi Konfrans

DGK və Gömrük Hospitalının təşkilatçılığı ilə Elmi Konfrans

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “zoom” platforması üzərindən “29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günü”nə həsr edilmiş “Neyrovaskulyar çatışmazlıq: İmkanlar və Gələcək Perspektivlər” mövzusunda onlayn Elmi Konfrans keçirilib.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, konfransda açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov “Ümumdünya İnsultla Mübarizə Günü”nün ÜST-nin çağırışına əsasən 2006-cı ildən etibarən qlobal miqyasda qeyd edildiyini bildirib.

Xidmət rəisi vurğulayıb ki, statistikaya görə hər il Yer kürəsində təxminən 16 milyon nəfərdə insult baş verir və bu halların 6,7 milyonu ölümlə nəticələnir. Rəqəmlər göstərir ki, insult keçirənlərin üçdə biri həyatını itirir, qalanları isə əlil olur. Nəticədə beyin insultu ömürlük əlilliyə səbəb olan xəstəlik kimi dünyada birinci yerdə durur.

Eyni zamanda insult keçirmiş xəstələrin 31%-nə özlərinə qulluq üçün digər şəxslərin köməyi tələb olunur, 20%-i isə müstəqil şəkildə gəzə bilmir. Əvvəlki əmək fəaliyyətinə isə xəstələrin yalnız 20%-i qayıda bilir.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 4 =