DİN Qazaxda ata və oğulun öldüyü yol qəzası ilə bağlı məlumat yayıb

DİN Qazaxda ata və oğulun öldüyü yol qəzası ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Qazaxda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, martın 20-də saat 18 radələrində Qazax rayonunun Çaylı kəndi ərazisində rayon sakinləri Ziyarət Xəlilovun idarə etdiyi “Mercedes” və M. Məmmədovun idarə etdiyi “VAZ-2103” markalı avtomobillər toqquşub.

Nəticədə Z.Xəlilov və sərnişini olan oğlu Elvin hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib.

Qazax RPŞ tərəfindən araşdırma aparılır. 

Din.gov.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − three =