Diplomat: İranın ABŞ hərbi bazasına zərbə ilə heç bir əlaqəsi yoxdur
![Diplomat: İranın ABŞ hərbi bazasına zərbə ilə heç bir əlaqəsi yoxdur](https://sizinyol.org/wp-content/uploads/2024/01/65b73597b300265b73597b3003170650562365b73597b300065b73597b3001.jpg)
İranın İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz uçan aparatlarının (PAU) zərbəylə heç bir əlaqəsi yoxdur.
Bu barədə İRNA xəbər agentliyinə İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi bildirib.
Diplomat qeyd edib ki, o, belə bir bəyanatla Vaşinqton administrasiyasının Tehrana qarşı ittihamları ilə bağlı çıxış edib.
Yanvarın 28-də ABŞ Mərkəzi Komandanlığı iranpərəst qrupların pilotsuz təyyarələrin hücumu nəticəsində 3 amerikalı əsgərin öldüyünü, 34-nün isə yaralandığını bildirib. Pentaqon rəhbəri Lloyd Austin İranın dəstəklədiyi silahlı qruplaşmalara “doğru zamanda, lazımi yerdə” cavab verəcəyini vəd edib.