Diyalada İŞİD-in yüksək rütbəli üzvü öldürülüb

Diyalada İŞİD-in yüksək rütbəli üzvü öldürülüb

İraqın Həşdi Şəbi qüvvələri Diyala vilayətində genişmiqyaslı təhlükəsizlik əməliyyatı zamanı İŞİD-in yüksək rütbəli məmurlarından birinin öldürüldüyünü açıqlayıb.

Həşdi Şəbinin 11-ci briqadasının komandiri Əli Əl-Həmdani bu gün Diyala əyalətində İŞİD-in “dini məsələlərə cavabdeh” adlandırılan bir üzvünün öldürüldüyünü bildirib.

Əl-Həmdani genişmiqyaslı təhlükəsizlik əməliyyatından sonra Əbu Həsən Əl-Nəimi adlı bu yüksək rütbəli İŞİD üzvünün cəsədinin Əl-Əzim rayonunun şimal-şərqində yerləşən Humrəyn dağ silsiləsində tapıldığını bildirib.

 “Bağdad Əl-Yəvm” saytının məlumatına görə, bu təhlükəsizlik əməliyyatında 20 M16 tüfəngi, 30 Kalaşnikov avtomatı, 50 Katyuşa raketi, 400 minaatan mərmisi və digər silahlar ələ keçirilib.

Həşdi Şəbi qüvvələri bu gün, şənbə günü Diyala əyalətinin Əl-Əzimin şimal-şərqində yerləşən Humrəyn dağ silsiləsində İŞİD ünsürlərini beş istiqamətdə təqib etmək məqsədi ilə genişmiqyaslı əməliyyata başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 13 =